Yaradılış həqiqəti - 2
(Fosillər təkamülü inkar edir)
Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 54 - 37 milyon il Ərazi: Şimali Afrika
Adətən, tropik ərazilərdə yaşayan timsahların məlum olan ən qədim nümunələri bundan təxminən 200 milyon il əvvəl yaşamışdır. 200 milyon il əvvəl yaşamış timsahların, şəkildə fosil nümunəsi görünən təxminən 50 milyon il əvvəl yaşayanların və günümüzdəkilərin bir-birilərindən heç bir fərqi yoxdur.
Üstdə milyonlarla il əvvəl yaşayan atalarından heç bir fərqi olmayan dövrümüzdə yaşayan timsahı görürük . |
Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 45 milyon il Ərazi: Rusiya
Şəkildə görünən qırxayaq növünün xüsusiyyəti bədən quruluşlarının soxulcan və ya ip formasında, antenlərinin və qıçlarının isə qısa olmasıdır. 45 milyon il əvvəl yaşamış bəhsi keçən qırxayaqlarla, hal-hazırda yaşayan bu ailəyə daxil olan qırxayaqların tamamilə bir-birinin eynisi olması darvinizmin böyük yalandan ibarət olduğunun dəlilidir.
Üstdə 45 milyon illik qırxayaq fosilindən heç bir fərqi olmayan dövrümüzün qırxayaqlarına bir nümunə. |
Dövr: Kaynozoy erası,
Eosen dövrü, yaş: 50 milyon il Ərazi: Messel, Almaniya
Pelobatidae ailəsinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın altında, bir qismi də sulu mühitlərdə yaşayır. Darvinistlər guya amfibiyaların atasının balıqlar olduğunu iddia edirlər. Ancaq bu iddialarını sübut edəcək heç bir tapıntıları yoxdur.
Evrim Efsanesi.com Üstdə sağda, pelobatidae ailəsinə aid bugünkü qurbağalar. |
Dövr: Mezozoy erası,
Tabaşir dövrü, yaş: 85 milyon il Ərazi: Çin, dövrümüzdəki And ayısı
Yuxarıdakı And ayısı fosili bəhs olunan canlıların tarixin hər dövründə eyni olduqlarını ortaya qoyur. 85 milyon il əvvəl yaşamış bu canlının diş quruluşu, göz çuxurları, çənə quruluşu və s. And ayılarının on milyon illərdir dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini söyləyir. Fosil tapıntılarının göstərdiyi həqiqət canlıların mənşəyinin kor təsadüflər deyil, yaradılış olduğudur.
|
Dövr: Mezozoy erası, Tabaşir dövrü
Yaş: 70 milyon il Ərazi: Montana, ABŞ
Əncir 800-dən çox növü olan kolluq və ya ağac formasında Fikus cinsindən olan bitkilərin meyvəsidir. Şəkildə görünən 70 milyon illik əncir fosili təkamülçülərin yalnız heyvanların mənşəyini açıqlamaqda deyil, bitkilərin mənşəyini açıqlamaqda da aciz olduqlarının nümunələrindəndir.
Yaratılış Müzesi.com Yuxarıda heç bir dəyişikliyə məruz qalmayan indiki əncirlər. |
95 milyon ildir eyni qalan skatlar çox mühüm bir həqiqəti bütün dəqiqliyi ilə göz önünə sərir: canlıların quruluşundakı dəyişməzlik təkamülü rədd edir. Fosillər təkamül ssenarilərinin həqiqətdən kənar olduğunu aşkar etmiş, yaradılışın rədd edilməsinin mümkün olmadığını göstərmişdir.
Darwinizmin Sonu.com 95 milyon illik skat fosili ilə eyni xüsusiyyətlərə malik olan dövrümüzdəki skat yuxarıda. |
Dövr: kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il Ərazi: Litva
Təbiət tarixi ərzində yaşamış canlılarla bağlı məlumat qaynağımız olan fosillərdən aydın olduğu kimi, yer üzündə daim tam xüsusiyyətlərə malik canlılar yaşamışdır. Bu canlıların ayaqları, əlləri, qanadları, dəriləri, ağciyərləri, kəllələri, sümük quruluşları və s. daim əskiksiz, xüsusi və ən ideal quruluşda olmuşdur. Şəkildə görünən 45 milyon illik göbələk ağcaqanadı fosili də bu həqiqətin dəlillərindən biridir.
Canlıların Evrimi.com Üstdə 45 milyon illik fosildəki nümunəsindən heç bir fərqi olmayan bugünkü göbələk ağcaqanadı görülür. |
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il Ərazi: Messel, Almaniya
Təkamülçülərin elmi şəkildə heç cür izah edə bilmədikləri mövzulardan biri də sürünənlərin mənşəyidir. İlan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli sürünən sinifləri arasında da aşılmaz sərhədlər var. Bu fərqli siniflərin hər biri fosil qeydlərində bir-birilərindən çox fərqli quruluşları ilə və birdən-birə meydana çıxır. Allah bütün canlıları bir anda əskiksiz olaraq yaratmışdır.
Evrim Belgeseli.com Yuxarıda, sağda dövrümüzdəki ilanlara bir nümunə. |
Dövr: Paleozoy erası, Karbon dövrü
Yaş: 300 milyon il Ərazi: İngiltərə
Təxminən 150 ildir aparılan qazıntılarda əldə edilən fosil tapıntılarında yarısı inkişaf etmiş, guya primitiv, iki fərqli növün xüsusiyyətlərini daşıyan (məsələn, yarısı ayıdöşəyi otu, yarısı çırpı) bir dənə belə bitki fosilinə rast gəlinməməsi bitkilərin təkamülü iddiasını yıxmışdır. Bu iddianı yıxan başqa tapıntı da saysız yaşayan bitki fosilidir.
Bitki Dünyası.net Üstdə ayıdöşəyi otunun dövrümüzdəki canlı nümunəsi görünür. |
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il Ərazi: Rusiya
Şəkildə görünən ənbər içindəki donqar ağcaqanad 45 milyon yaşındadır. Phoridae ailəsinə daxil olan donqar ağcaqanadlarının məlum olan təxminən 3000 növü var. Donqar ağcaqanadlar milyon illərdir eyni quruluşlarını qoruyurlar. 45 milyon illik ənbər də bu həqiqətin sübutlarındandır.
Net Cevap.org Üstdə milyon illər ərzində eyni xüsusiyyətlərə malik olan donqar ağcaqanadlarına bir nümunə. |
Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaş: 25 milyon il Ərazi: Dominikan Respublikası
Yarpaq böcəkləri dünyanın bir çox ərazisində yaşayan canlılardır. Bütün qışı daş və ya torpağın altında qalır, yaz aylarında ortaya çıxırlar. Şəkildə görünən ənbər içindəki yarpaq böcəyi təxminən 25 milyon yaşındadır. Dövrümüzdəki yarpaq böcəklərinin bundan 25 milyon il əvvəl yaşayanlarla eyni olması təkamül nəzəriyyəsini tamamilə məhv edir.
www.yasayanfosiller.com Yuxarıda milyon illərdir heç bir dəyişikliyə məruz qalmayan dövrümüzdəki yarpaq böcəyi görünür. |
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il Ərazi: Cache Creek, Kanada
Darvinin özü də nəzəriyyəsinin ziddiyyətli, əsassız və həqiqətdən kənar bir iddia olduğunun fərqində idi və bu istiqamətdəki şübhələrini ifadə edirdi. Yaxın dostu Asa Qraya yazdığı bir məktubunda təkamül nəzəriyyəsinin fərziyyədən ibarət olduğunu belə dilə gətirmişdir: “Çox yaxşı bilirəm ki, fərziyyələrim qanuni elmin sərhədlərinin çox irəlisinə uzanmışdır”. (N.C. Gillespie, Charles Darwin and the Problem of Creation, 1979, səh. 2)
Üstdə, sağda dövrümüzdəki qaraağac yarpağı |
Hiç yorum yok:
Yorum Gönder