9 Temmuz 2016 Cumartesi

Giriş

Giriş

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.
Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:
   
 
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
 
   
Müsəlmanın vəzifəsi, şübhəsiz ki, Allah`ın vəhy etdiyi bu üstün əxlaqı ən incə məqamına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və yuxarıda bəhs etdiyimiz qüsurlu əxlaq anlayışını mənimsəmiş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün olduqca həssas və diqqətli olmaq lazımdır.
Bu səbəbdən, insan daim düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənimsəmək üçün böyük səy göstərməlidir.

ALLAH`I HAQQI İLƏ TƏQDİR ETMƏK

ALLAH`I
HAQQI İLƏ TƏQDİR ETMƏK

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:
   
 
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
 
   
Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar "Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!" (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.
Allah`ı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindəndir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar edər.Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.
Ancaq Allah`a iman etdiyini söyləyən bir adam ürəyini Allah`ın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahiliyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə vəziyyətə və ya döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs edən ayələrə diqqət çəkir.
Ayələrdə bildirildiyinə görə, bu insanlar: "Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahil düşüncələrə qapıl"dılar. (Ali-İmran surəsi, 154)
Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi kimi, Allah`ı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə yerləşdirməlidir.

GÜCÜNÜN YETDİYİ QƏDƏR ALLAH`DAN QORXMAQ

İnsan Allah`dan nə qədər çox qorxarsa, Onun qatında bir o qədər üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bu hissini Allah`dan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər.
Allah möminlərdən Özündən ən yüksək dərəcədə qorxmalarını istəyir. Ayələrdə bu mövzuda belə hökm verilir:
   
 
Nə qədər bacarırsınızsa, Allah`dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)
Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi, 102)
 
   

QƏDƏR (TALE)

Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə reallaşır. Quranda bildirildiyinə görə Allah "...Bütün işləri yoluna qoyar... " (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə, "...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur" (Ənam surəsi, 59). 
Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin başlanğıc və sonlarını təyin edən Allah`dır. Kainatdakı bütün ulduzların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini, nə ilə qarşılaşacağını təyin edən Allah`dır. Allah Quranda "Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49) hökmünü verir.
Bir başqa ayədə isə belə buyurur:
   
 
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.  (Hədid surəsi, 22)
 
   
Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət səviyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız və yalnız qədəri müşahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu üzməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna: "Qəm yemə, Allah bizimlədir" (Tövbə surəsi, 40) deyən hz. Məhəmməd (s.ə.v.) kimi hər an əmin, rahat və cəsur olar.

TƏVƏKKÜL

Bütün hadisələri meydana gətirən Allah`dır. Allah`ın yaratdığı hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir.
Möminin güvənəcəyi yeganə dostu Allah`dır. Yeganə vəkil Odur. Möminin üzərinə düşən hadisələr qarşısında yalnız Allah`ın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allah`dan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir:
   
 
(Gözləmə) vaxtı bitdikdə onları müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allah`a və axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allah`dan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah`a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
 
   
Başqa bir ayədə də təvəkkülün sirri belə açıqlanır:
   
 
De: "Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!." (Tövbə surəsi, 51)
 
   
Mömin inkarçılardan gələcək təzyiqlərə qarşı belə deməlidir:
   
 
"(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allah`a təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər. " (İbrahim surəsi, 12)
 
   
Bir başqa ayədə isə belə buyurulur:
   
 
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allah`a təvəkkül etsinlər! (Ali-İmran surəsi, 160)
 
   

“İNSANLARIN BƏDBƏXTLİYİNİN HƏQİQİ MƏNŞƏYİ İMANİ TƏRƏDDÜDDÜR”
ADNAN OKTAR Bəzi şeylər deyilməz, amma insanların çoxu, bir çoxu iman barəsində hər zaman tərəddüd edirlər. Yəni 50 faizdir, daim tərəddüd edir. Darvinizmi izah etdiyinizdə o 50 faiz getdikcə artar. Çünki bu şeytanın, iblisin böyük oyunudur. Çox böyük hadisədir bu. Baxın, hz. Adəmdən (ə.s) etibarən bütün peyğəmbərlər bu fitnəyə qarşıdır, bu darvinizm fitnəsinə qarşıdır. Bəli, Oktar hocam, nə deyirsiniz söylədiklərimə?
OKTAR BABUNA: Hocam, əlbəttə, maşaAllah sizin vəsilənizlə oldu bu. Doğrudan da bütün pisliklərin qaynağında bu var.
ADNAN OKTAR: İndi biz ən mühüm yerdən mövzuya başladıq. Ən sıxıntı verən yerdən başladıq. İndi imani mövzuları izah etdikcə insanların imanları möhkəmlənməyə başlayır. İman möhkəmləndikcə insan sevinir. İmanda tərəddüd etdikdə insanlar əzab çəkir. İnsanların dünyada bədbəxtliyinin səbəbi nədir bilirsiniz? Bir dənə səbəbi var. Nə iqtisadi böhrandır, nə o, nə də bu. Tək bir dənədir. İman tərəddüdüdür. Qardaşım, insan Allah`ın varlığından yüz faiz əmin olsa, cənnətin varlığından yüz faiz əmin olsa, nə üçün bədbəxt olsun? Bu, mümkündür? Ac da qalsa, yerdə sürünsə də, yenə olmaz belə bir şey. İnsan: “Ölərəm”, -deyər. Çox xoşbəxt olar. İman tərəddüdünə görə insanlar əzab çəkir. Bədbəxtliyin kökü budur. Başqa heç bir səbəbi yoxdur. . Məsələn, Rusiyada kommunistlər, o zaman rustik filan deyərdilər. Bütün xalqın çöhrəsi solmuşdur, elə deyilmi? İnsanlar bədbəxt, qəmgin. Məsələn, Çinə gedin, demək olar ki, insanlıqdan çıxmışdır insanlar. Çox hissəsi belədir. Xoşbəxtlik üzlərində yoxdur. İman olmadığı üçün belədir. İman həm rahatlıq, həm sevinc, həm xoş əhval-ruhiyyə, həm gözəllik, həm zehin açıqlığı və möhtəşəm ağıl əmələ gətirir. Çox ağıllı olur imanlı insanlar. (Cənab Adnan Oktarın 20 fevral 2010 tarixli Qaziantep Olay TV-dəki canlı reportajından)


TƏFƏKKÜR

TƏFƏKKÜR

İnkar edənlər dünyadakı yaradılış dəlillərini görmədən həyat sürürlər. İman edən bir insanın bu şəxslərdən fərqi isə Allah`ın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allah`ın qüdrətini və sənətini görər, Onu təsbih edər və Allah`a yaxınlaşmaq üçün yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:
   
 
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! " (Ali-İmran surəsi, 191)
 
   
Allah Quranın bir çox yerində "düşünməzsinizmi", "düşünənlər üçün dəlillər vardır" ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə, Allah üzərində düşünmək üçün saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allah`ın bir təcəllisi və dəlilidir. Bu səbəblə, göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurulur:
   
 
(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)
 
   
Ayədə"təfəkkür mövzusu" olaraq göstərilənlərdən biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Məlumdur ki, ağac torpağa əkilən toxumdan əmələ gəlir. Toxum kiçik bir cisimdir, amma necə olur ki, o toxumun içindən qısa müddət ərzində 4-5 metr uzunluğunda və yüzlərlə kiloqram ağırlığında nəhəng bir taxta kütləsi meydana gəlir?! Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi yeganə vəsait isə torpaqdır.  
Yaxşı, bəs toxum ağac çıxarmağı haradan bilir? Necə olur ki, torpağın içindən lazımlı vəsaitləri təhlil edərək bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməli olduğunu "bilir"? Əmələ gətirdiyi ağacın hansı forma və quruluşa sahib olacağını necə təxmin edə bilər? Sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxır. Toxum içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib olan və üst qismi də budaqlara ayrılan son dərəcə yaxşı hazırlanmış canlı bir maddə çıxarır. İnsan yaxşı bir ağac şəkli çəkmək üçün çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətin işdir. Halbuki, toxum nəinki çəkmək, bu son dərəcə kompleks cismi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan meydana gətirir.
Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq olduğunun nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici bir ağıl var. Yaxşı, bu ağıl toxuma haradan və necə gəlib? Necə olur ki, bir toxum bu cür bir ağıl və yaddaşa sahib ola bilir?
Şübhəsiz, bunun sadəcə bir cavabı var: Allah toxumu ağac meydana gətirə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa əkilən hər toxum Allah`ın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:
   
 
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59)
 
   
Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allah`dır. Bu həqiqət Ənam surəsində belə xəbər verilir:
   
 
Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!  (Ənam surəsi, 95)
 
   
Toxum Allah`ın kainatda yaratdığı sonsuz saydakı "təfəkkür vasitəsi"ndən , yəni "iman həqiqəti"ndən yalnız biridir. İnsan ağlını örtən qalın qəflət pərdəsini aralayıb "necə", "niyə" kimi suallar verərək düşünsə, bütün kainatın Allah`ın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu rahatlıqla görə bilər.

DİQQƏTLİ OLMAQ

Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq "görmə " qabiliyyətinə sahib deyillər. Quranda ifadə edildiyi kimi "… gözləri vardır, onunla görməzlər… ". (Əraf surəsi, 179). Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti dərk edəcək ağıl və qavrayışa sahib deyillər.
Mömin isə Allah`ın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və onunla bərabər ağıl inkişaf etdikcə mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır.
İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: elm əl-yəqin, ayn əl-yəqin, haqq əl-yəqin.
Bu mərhələləri açıqlamaq üçün yağış nümunəsini misal çəkə bilərik. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm əl-yəqində bir insan pəncərələri bağlı olan evdə oturduğu halda, bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə - ayn əl-yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda, həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləri ilə görər. Haqq əl-yəqində isə qapını açar və evdən çıxar: artıq yağışın "içində"dir.
İmanın elm əl-yəqindən ayn əl-yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır.
Allah'ın ayələrini dərk edə bilmək və inkarçılar kimi olmamaq üçün bu lazımdır. Ayələrdə belə buyurulur:
   
 
Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)
Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)
 
   

Allah`ın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda, özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan-mövzuya keçib "boş işlər "lə,özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə, həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz (yəni təfəkkür edə bilməz), həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.
Halbuki, möminlər Allah`ın izni ilə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını hər zaman Allah`ı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən, iman edən birinin ağlına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehnini bu boşluqdan xilas edər. "Ağılı təmiz saxlamaq" cəhdinin ən vacib hissəsi isə diqqətdir.

HƏR İŞDƏ BİR XEYİRİN OLMASI

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz.
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərər. Buna görə, möminlərin də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.
Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır.
Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük talehsizliklərlə qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki, hz. Yusif bütün bu hadisələrin Allah`ın idarəsi altında reallaşdığını və hamısında mütləq bir xeyir olduğunu heç bir zaman unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.
Mindiyi gəmidə "kim dənizə atılacaq "deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng bir balıq tərəfindən udulan hz. Yunisin vəziyyəti də hz. Yusifə bənzəyir. Quranda hz. Yunisin Allah`ı "təsbih edənlərdən " olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:
   
 
Əgər o, Allah`a tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 143-148)
 
   

Quran hekayələrində izah edilən bütün bu nümunələr insana əhəmiyyətli bir dərs verir: bir hadisənin müsibət kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını verməz. Əgər mömin Allah`a güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə pis deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirər, amma bunların hamısının xeyirli bir nəticəsi olar.
İnkarçılar üçün isə bu vəziyyət tamamilə əksinədir. Heç bir hadisə onlar üçün "xeyirli " deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaq. İnkar edənlərin haqsız əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:
   
 
Allah`ın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180)
 
   

YANIMIZDAKI ÖLÜM

Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, son dərəcə məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağıla və məntiqə yönəltməzlər. Əksinə, boş və batil inanclar, həqiqətdən uzaq zənlər, istəklər və nəticədə, aldanmalarla yaşayarlar. Bu aldanmaların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıldan çıxarıb düşünməmək qənaətindədirlər.
Bu hərəkətlə, yəni ölümü nəzərə almadan əldə etmək istədikləri şey isə öz ağıllarına görə ölümdən xilas olmaqdır. Ölümü düşünmədikdə ondan uzaqlaşdıqlarını zənn edirlər. Əlbəttə ki, bu məntiq bir təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşunun məntiqindən fərqlənmir. Halbuki, bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə, o təhlükəyə hazır olmamaq və dolayısilə, daha böyük zərər görmək mənasını verər.
Mömin hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti həqiqəti yox sayaraq xəyali bir dünyada yaşamaz. Əksinə, indiyə qədər dünyada yaşayan bütün insanların sona çatmış həyatı ilə isbat edilmiş ölümü ciddi düşünər. İnkarçılara isə Allah`ın Quranda bildirdiyi bir əmrinə uyğun olaraq belə səslənər:
   
 
De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (Cumuə surəsi, 8)
 
   

Ölüm unudulub düşünülməməli bir "müsibət" deyil, əksinə, insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə, üzərində düşünülməsi vacib olan böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi şəkildə düşünər. Allah`ın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə yaradılmış hər varlıq, qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərir. Həyatın sahibi Allah`dır, yaradılmışlar ancaq Allah`ın diləməsi ilə həyatda yaşayırlar və yenə Allah`ın diləməsi ilə həyatlarını itirirlər. Allah ayələrində belə hökm edir:
   
 
(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. (Rəhman surəsi, 26-27)
 
   

Hamı öləcək və vacib olan da odur ki, heç kim nə vaxt və harada öləcəyini bilməz. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair zəmanəti yoxdur. Buna görə də mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu artırar, nəfsini tərbiyə etməsinə kömək edər.
Quranda hər insanın bir gün öləcəyinə belə diqqət çəkilmişdir:
   
 
Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 34-35)
 
   

“İNSANIN ACİZ OLMASINA BAXMAYARAQ, ALLAH`I UNUTMASI VƏ
DİNƏ QARŞI OLMASI HEYRƏTLƏNDİRİCİDİR”

ADNAN OKTAR: Bir də qardaşım dünyada nə var yəni? Yemək var, yəni o da yeyilsə, bir qab, bir-neçə qab yeyilir. O da insanın çəkisini artırır, narahatlıq verir. Elə bir şey yoxdur. Yuxudan oyanırsan, baxın, onsuzda insanların bir çoxu 8 saat yatmaq məcburiyyətindədir, 90%-i. 6 saat, 7 saat deyək. Adətən, belədir. Bu insanın acizliyi baxımından çox böyük hadisədir. Çünki ən mühüm, ən gözəl saatlar yuxu ilə keçmiş olur. Məsələn, gecə saatları yatmağa məcburdur. Yeməyi yemək də yəni o qədər də asan bir şey deyildir. İnsan zəruri olduğu üçün yemək yeyir elə deyilmi? Məsələn, dişini fırçalayır və s. Məsələn televiziya reklamlarına baxıram; filan krem sizin ağrınızı aradan qaldırar. Baş ağrınızı, diş ağrınızı, kürək ağrınızı aradan qaldırar, ağrı ilə əlaqədar krem. Deyir saçınız tökülürsə, bu dərman var satışda . Deyir gözünüz görmürsə, filan xəstəxana sizin üçün çox idealdır, göz xəstəlikləri üçün deyir. Məsələn, deyir qulağınız eşitmirsə, bizdə alət var, baxın, deyir eşitmə aləti. Bunu bu qədər endirimlə satdıqlarını deyir. Deyir təzyiqiniz yüksəkdirsə, həkimlər yığışırlar bu qidalara diqqət edin, daima ölçün. Baxın, sizə avtomatik təzyiq aləti satdıqlarını deyir. Yanında da hədiyyəsi olduğunu deyir. Baxın, daim insanların acizliyini, çətinlikləri aradan qaldırmaq üçün Allah`ın yaratdığı ləvazimatlarla insanlar birgə yaşayır. Onları da Allah yaradır. Sırf acizliklərini görsünlər deyə, məsələn, təzyiq aləti. Deyir şəkəriniz artmışsa, şəkərin müəyyən edilməsi üçün qan alıb dərhal müəyyən edən, baxın, alət çıxmış deyir. Onu da Allah yaradır acizlik üçün. Məsələn, o qədər çox insan şəkər xəstəsidir ki. Yəni nəfəs almağa imkan verməyən bir sistemdir şəkər xəstəliyi, böyük acizlikdir. Təzyiq, məsələn, böyük acizlikdir. Amma, məsələn, özündən razı insanlar olur bəzən, televiziyada da göstərir, təkəbbürlü insanlar. Məsələn, 50 nəfər filan özündən razı; oksid sarı başları, laklar, dörd qat lakdan artıq üstü qırmızı, altı yaşıl, qat qat... Mebel köhnəldikdə altından astarı çıxdığı kimi. Taxma dişlər qarmaqarışıq, gözündə linza. Əfəndim, orasında burasında silikonlar, üzündə silikonlar, sifətini hamar etmək üçün min bir cür əməliyyat, dərman. Getmədən əvvəl təzyiq dərmanını içir, əvvəlcə, şəkərinə nəzarət edir. Revmatizm də var, onun üçün də dərman içir, yeriyə bilsin deyə. Sonra gedir iclasa sanki heç bir şey olmamış kimi. Millət bir-birinin sanki dəmirdən olduğunu zənn edir. Halbuki, hər kəs ora yığışanların hamısı sürünür, pərişan haldadırlar. Kiminin böyrək daşı var, böyrəyi ağrıyır, kiminin təzyiqi var, təzyiq dərmanı içmiş, çətinliklə ayaqda durur. Kimi xərçəng müalicəsi alır. Amma orada saxta xoşbəxtlik içindədirlər. Əllərində viski bardaqları ilə; dini, imanı, İslamı ələ salaraq, əylənərək, haşa, saxta xoşbəxtlik tablosu qururlar. Başlarında parik, pariki sürüşür, onu düzəldir. Elə deyilmi? Sifəti silikondan şişmiş, ağzı, burnu silikon, ağzı silikondan keyimiş. İçdiyinin fərqinə varmır. Və ya botoks etdirmiş, ağzı tamamilə keyimiş, ağzını idarə edə bilmir. Artıq gülə də bilmir. Üzdə mənasız bir ifadə. Xoşbəxtlik fotoşəkilləri çəkdirirlər hamı birlikdə, jurnalistləri yığırlar filan. Deyir: “Filanzadələr filan günündə çox xoşbəxt idilər”, - deyir. Amma iki ayağı birdən məzardadır məsələn. Artıq pərişan halda, ölümə çox yaxın. Bir dəfə olsun Allah`ın adını dilinə gətirmir, tək bir dəfə belə. Müsəlmanlara qarşı nifrətini coşqunluqla danışır, azğıncasına danışır. Elə bu da bir möcüzədir. İnsanın bu qədər acizliyinə, bu qədər yazıqlığına baxmayaraq, bəzi insanların bu pərişan şərtlər altındakı yaşamaq əzmi və Allah`ı unutmaq əzmi və dinə qarşı olmaq əzmi bir möcüzədir. Çox heyrətləndiricidir. Halbuki, orada insan acizliyini görər, Allah`a tam təslim olar. “Ya Rəbbim, mən qısa bir müddətdən sonra sənin hüzuruna gələcəm. Məndən dərdləri, əzabları uzaq tut, mən sənə ram oldum, sənə özümü təslim etdim”, -deyərək, ruhunu cənnətə döndərməlidir. Yəni belə bir vəziyyətdə insan ağrısını belə hiss etməz. Xəstəliyin narahatlığını belə hiss etməz. Məsələn, təzyiq də, adətən, əsəbdən əmələ gəlir. Şəkər yenə də əsəbdən əmələ gəlir. Məsələn, bir çox gəncin boyunlarında yırtıq var, boyun yırtığı. Bir çox insanların kürəyində yırtıq var. Məsələn, ondan da kimsənin xəbəri olmur. Belini korsetlə bağlayıb gəlir; “Filan həkim bir kürək şeyi düzəltdi”, -deyir, “Bununla nərdivanları 15 yaşındakı kimi qaçaraq çıxmağa başladım”, - deyir. Bax, o da insanın acizliyidir. “Maqnitlə bir şey düzəltdi”,- deyir, “Arxalıq kimi bir şey”. Əyninə geyinir qat-qat. Altda revmatizm sarğıları. Baxın, burada da revmatizm bilərziyinin altda olduğunu deyir. “Qoluma misdən revmatizm bilərziyimi taxdım”, -deyir. “Şəkər dərmanımı içdim”, -deyir, “İnsulin iynəsi də vurdurdum”, -deyir, “Bomba kimiyəm”, -deyir. “Təzyiq dərmanını da içdik”, -deyir. Parik də başa tam yerləşmiş. “Bu dəfə yapışqanlı parikdir, bu, daha da keyfiyyətlidir”, -deyir. “Yapışqanla yapışdırdıq, qopmur”, -deyir. Yəni bu pərişan vəziyyətdə hələ də dinə, Qurana, Allah`a, haşa, hücum etməyə çalışır. Və bu qədər yerdə yaşayır, baxın. Bu qədər yerdə və görüntü olaraq yaşayır. Görürsən insanın yazıqlığını, acizliyini? Və buna baxmayaraq, haşa, Allah`a meydan oxumaq istəyir. Ancaq onu yaradan da yenə Allah`dır. (Cənab Adnan Oktarın 4 mart 2010 tarixli www.harunyahya.tv reportajından)

ŞEYTANIN FƏALİYYƏTİ

ŞEYTANIN FƏALİYYƏTİ

Allah hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə səcdə edin" əmrini verdiyi zaman şeytan Ona qarşı çıxmış və bu üsyana görə sonsuza qədər lənətlənmişdir. Buna görə də o, qiyamət gününə qədər insanları azdırmaq üçün Allah`dan müddət istədi. Allah bu icazəni verdikdə isə dedi:
   
 
(İblis) dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". (Əraf surəsi, 16-17)
 
   

Bir başqa ayədə şeytanın azdırma vədi belə izah edilir:
   
 
"Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allah`ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.(Nisa surəsi, 119)
 
   

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və asanlıqla tələyə düşə bilər. Bu səbəbdən, mömin Quranda xəbər verilən bu həqiqəti hər an ağlında tutmalı, şeytanın sapdırıcı təlqinlərinə qarşı oyaq olmalıdır. Bir ayədə belə buyurulmuşdur:
   
 
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını od sakini olmağa çağırır.  (Fatir surəsi, 6)
 
   

Möminlər şeytana qarşı çox diqqətli olmalıdırlar. Çünki şeytan, əsasən, onlarla məşğul olur. İnkarçıları sapdırmaq üçün çalışmasına ehtiyac yoxdur. Çünki onlar artıq şeytanın ordusunu təşkil edirlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək, onları dinə xidmət etməkdən yayındırmaq üçün sərf edir. Bu səbəblə, Allah şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar edir:
   
 
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allah`ın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.  (Nur surəsi, 21)
 
   

Allah`ın Quranda bildirdiyinə görə, şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etmir. Lakin zəiflik göstərən və qəflətə dalanlar şeytanın təlqin etdiyi mənfi hallardan təsirlənə bilərlər. Unutmaq olmaz ki, şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dincəlmədən, yatmadan davam etdirir. Mömin də buna qarşı həmişə Allah`ı xatırlamalı, hər an diqqətli və mənəvi cəhətdən rahat olmalıdır.

DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS

İnsanın şeytan qədər diqqət yetirməli olduğu başqa azdırıcı ünsür də öz daxilindədir. Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı daim şeytanın tərəfinə çəkməyə çalışır. Quranda insan ruhundakı bu iki cəhət belə açıqlanır:
   
 
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
 
   

İnsan ayədə ifadə edilən nəfsinin içindəki bu "günahlar"dan xəbərdar olmalı və hər zaman bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməzsə, ayədə deyildiyi kimi onu "batırar"sa, pislikdən çəkinə bilməz və ziyana uğrayar.
Buna görə də insan içindəki bu pis cəhətə qarşı diqqətli davranmalı, həmişə nəfsini təmizləməyə çalışmalıdır. Hz. Yusifin ayədə xəbər verilən "Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir" (Yusif surəsi, 53) şəklindəki ifadəsi möminin nəfsinə qarşı ehtiyatlı olmasını göstərir.
İnsan nəfsinə qarşı hər zaman bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr etdiyi pisliklərə qarşı daim diqqətli olmalıdır. Çünki "... Nəfslər xəsislik etməyə hazırdır " (Nisa surəsi, 128) Bu həvəslərin insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn, hz. Adəmin oğullarından birini qardaşını öldürməyə yönəldən şey onun nəfsidir. (Maidə surəsi, 30) Hz. Musadan sonra Samirinin yenidən bütlərə ibadət etməsinin və qövmünü də eyni pozğunluğa yönəltməsinin səbəbi də eynidir. Ayədə bu haqda belə buyurulur:(Samiri) belə cavab verdi: O dedi: Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. "... nəfsim məni (buna) sövq etdi" (Taha surəsi, 96)
İnsanın qurtuluşu qısqanclıqdan, eqoizmdən, üsyan və şirkə yönəldən nəfsinin "pisliklərindən" çəkinməsindən asılıdır. Quranda belə ifadə edilir: "...(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. " (Həşr surəsi, 9) Mövzu ilə əlaqədar başqa ayələrdə də belə buyurulur:
   
 
Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə istəyini yasaq etmişsə, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40-41)
 
   

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə aparılan mübarizədir. İman edən insan nəfsinin ona yönəltmək istədiyi eqoizm, qısqanclıq, qürur, həvəs kimi xəstəliklərə etiraz etməlidir.
Nəfs insanı boş hədəflər arxasınca aparır. İnsana daha çox mal qazanacağını pıçıldayar. Halbuki, insan bu cür zövqlərin heç biri ilə qane olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istəyər. Nəfs bu halı ilə ac və əsla doymayan vəhşi heyvan kimidir.
Nəfsin qane olması isə bu müvəqqəti zövqlərin heç biri ilə deyil, ancaq və ancaq adamın Allah`a sığınması ilə mümkün olur. İnsan Allah`a qul olmaq üçün yaradılmışdır və "... Qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır" (Rəd surəsi, 28) hökmünə uyğun olaraq bu vəzifəsini yerinə yetirib Onun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona rahatlıq və təmkinlik verməz.
Ona görə də rahatlıq tapmış nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edir:
   
 
(O gün möminə deyiləcəkdir): Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)
 
   

SEÇİLMİŞ OLMAQ

Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın, ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allah`dır. İnsana sahib olduğu ağlı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allah`dır.
Bu səbəbdən də bir insanın iman etməsi sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allah`dır. Allah "Hadi"dir, yəni hidayət verəndir, ; "eləcə də Rəb;dir, yəni öyrədib-yetişdirəndir. İstədiyi qulunu doğru yola yönəldər. Quranda bu həqiqət hz. Musanın sözləri ilə belə xəbər verilir:
   
 
(Musa) dedi: Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da doğru yolu göstərəndir! (Taha surəsi, 50)
 
   
İman edənlər Allah`ın onlara lütf etdiyi insanlardır. Allah bir ayədə belə buyurur:
   
 
Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur…  (Qəsəs surəsi, 68)
 
   

İnsanlar cəhənnəmə ora layiq olaraq girərlər. Çünki onları yaradan Allah`a qarşı üsyan etmiş və ən böyük əzaba "düçar" olmuşlar. Buna müvafiq olaraq, cənnətə ancaq Allah`ın lütfü və bağışlaması sayəsində girmək mümkündür. Allah cənnətinə yerləşdirəcəyi möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.
Mömin seçilmiş olmasının hər zaman fərqində olmalı, özünə verilən iman nemətinə qarşı daim Allah`a şükür edərək yaşamalıdır. Seçilmiş olmanın şərəfi onun hər hərəkətində əks olunmalı, bunun təmkin və kübarlığını öz üzərində daşımalıdır. Yer üzündə Quranda təsvir edilən əxlaqı təmsil etdiyini, çoxlarının qəflət və pozğunluq içində olduğunu, amma Allah`ın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan insanlar içində "ziyanda" olmayan, hər gün cəhənnəmə bir az daha yaxınlaşan qrupun içində iştirak etməyən məhdud saydakı qullardan biridir. Allah ziyanda olan insanları belə xəbər verir:
   
 
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.(Əsr surəsi, 1-3)
 
   
Bütün inkarçılar sonu cəhənnəmə doğru gedən "ziyan"ın içində olduğu halda, mömin üçün Allah`ın onu bu vəziyyətdən qurtarması və bütün insanlardan üstün tutması, əlbəttə, ki, çox böyük şərəfdir.

DUA VƏ ONUN EDİLMƏ ŞƏKLİ

Allah bir ayəsində duanın əhəmiyyətini belə ifadə edir:
   
 
De: 'Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi'... (Furqan surəsi, 77)
 
   

Həqiqətən də dua mömini inkar edənlərdən fərqləndirən, Allah qatında qiymətli edən əsas ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.
İnsanların çoxu bütün kainatın maddələr cəmi olduğunu və bu maddələrin də heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini zənn edirlər. Əslində, var olan hər şeyin Allah`ın iradəsinə boyun əydiyinin, hər şeyin ancaq Allah`ın "Ol" əmri ilə olduğunun fərqində deyillər. Buna görə də bütün həyatları bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçir.
Ancaq iman edən insan kainatın sirrini bilir. Buna görə də istədiyi bir şeyə nail olmaq üçün o şeyləri yaradanından diləməli olduğunu da anlayır. Bilir ki, Allah hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına qarşı da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənir:
   
 
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
 
   

Ancaq bilinməlidir ki, "qəbul", duada istənilən hər şeyin verilməsi demək deyil. Çünki insan cahildir və ayədə ifadə edildiyi kimi "... xeyir dilədiyi kimi, şər də diləyir" (İsra surəsi, 11). Bu səbəblə, Allah hər duanı eşidər, amma bəzən istəniləni verər, bəzən də o istənilən şey həqiqətdə "şər"olduğu üçün verməz.
Duanın necə ediləcəyi isə yenə Qurana baxılaraq təyin edilməlidir. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvara-yalvara, daxildən ediləcək bir ibadət olaraq təsvir edir. Bu xüsusiyyətlərə sahib olmayan, Allah`ın əzəmətini təqdir edə bilməyən bir dua həqiqi dua olmaz. Dua ancaq ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allah`dan qorxaraq və əvəzini görmək ümidi ilə edildiyində həqiqi mənada dua olar.
Duada çox səmimi olmaq və Allah`la çox yaxın bir əlaqə qurmaq lazımdır. Quranda "Rəbbinizə acizanə, həm də gizlicə dua edin!..." (Əraf surəsi, 55)və "Allah`a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə yaxındır" (Əraf surəsi, 56) ayələri necə dua etmək lazım olduğunu ən açıq şəkildə təsvir edir. Bir başqa ayədə isə Allah`ın adları ilə dua edilməsinə belə diqqət çəkilir:
   
 
Ən gözəl adlar Allah`ındır. Ona bu adlar vasitəsi ilə dua edin... (Əraf surəsi, 180)
 
   

Dua anı insanın öz acizliyini və Allah`ın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainata nəzarət edən, gücü hər şeyə yetən, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona cavab verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allah`ın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir. Belə ki, Allah Quranda belə buyurur:
 
   
 
... Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər.  (Mömin surəsi, 60)
 
   
Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük nemətdir. Yalnız "istəmək" kimi asan bir hərəkətlə maddi-mənəvi hər şeyi əldə etməyin açarıdır.

“DUADA İNSAN AĞLININ QAVRAYA BİLMƏDİYİ SİRLƏR VAR.
ALLAH`LA ƏLAQƏ ÇOX MÜHÜM MÖVZUDUR.”
ADNAN OKTAR: ... Allah`la əlaqə çox əhəmiyyətli mövzudur. Bəzi insanlar zənn edirlər ki, oruc tutulur, namaz qılınır, hərdən Allah`a dua edilir, eləcə nə isə istənilir. Elə deyildir. Duada insanların ağlının qavraya bilmədiyi sirlər var. Bu, duanın gücünə bağlı olaraq dəyişir. Duadakı səmimiyyətlə bağlı olaraq. Məsələn, səhər qalxar: “Ya Rəbbi, Allah`ım, işimi rast gətir”, -deyər, çıxar adam, bu, bir duadır. Amma kimisi də çox dərin diqqətini toplayar, huşu ilə Allah`a dua edər. Bu duada baş verənlər ayrıdır. Məsələn, 10 nəfər dua edər. Baxın, şişirtmirəm, o 10 nəfərin duasına görə, İslam əxlaqı dünyaya hakim olar. Dəqiq deyirəm, bilirəm ki, söyləyirəm. Bu, dəqiqdir. “Ya Rəbbi”, -deyər, “Məni Mehdiyə (ə.s) tələbə et”, -deyər şəxs. O duası qəbul olar. “Ya Rəbbi, məni hz. İsaya (ə.s) tələbə et, onunla tanış olmağı nəsib et mənə deyər”, amma çox qəlbdən gələrsə, bu, dua olar. “Ya Rəbbi, məni Xızırla tanış et”, -deyər, bu da olar. “Ya Rəbbi, mənə mələkləri göstər”, -deyər, bu da olar, amma duanın gücü və dərinliyi ilə bağlıdır bu və buna bənzər bir çox şey. Bir də uşaq kimi dua etmək var, yəni səthi, məsələn, maraqlandığı üçün bir Mehdini (ə.s) görüm, əcəba, necə bir insandır? “Mehdini (ə.s) mənə tanıt”, -deyən, nəyi qəbul edəcək bilirsiniz? Ölümü, bütün gəncliyini verməyi, hər cür əzaba qatlanmağı, hər cür iftiraya qatlanmağı qəbul edərək dua edəcək. “Mən maraqlandığım üçün, bir görüm”; elə yox. Hz. İsaya (ə.s) dua edən nəyi qəbul edəcək bilirsiniz? Ölümü, gəncliyini verməyi və ən şiddətli əzabları qəbul edəcək. O cür ona tabe olacaq, o zaman görər. Xızırı istəyən də. Xızırla görüşməyi istəyən də. Hz. Musa (ə.s) bilirsiniz, onun üç dənə hərəkətinə dözə bilmədi. Ülul-əzm peyğəmbər olduğu halda. Bu, güc istəyir, güc, iradə, ağıl və qərarlı olmağı istəyir. Dedi hz. Musaya (ə.s): “Artıq sənlə yollarımı ayırıram”, - dedi ““İndi səbir edə bilmədiyin bu hadisələrin hikmətini sənə açıqlayım”, -dedi. Açıqladıqda tam mənası ilə haqlı olduğunu anladı. Duada danışmaq gücü qazanırsan, mükəmməl natiqlik qazana bilərsən duada. Bir saxtakar aldatma üslubu var, saxtakar molla üslubu var klassik, məşhur. Molla danışır deyə dinləyirlər. Klassik saxtakar üslubu, özünü, adətən, satır, özünü göstərmək niyyətindədir, onun haqqında danışsınlar deyə danışır. Nə alim adammış belə, kimsənin bilmədiyi dildə danışır, kimsənin anlamadığı şeyləri söyləyir. Elmini, qərihəsini, eynləri vurğulayaraq danışır. Xalqın bilmədiyini bildiyi halda, bu, səmimiyyətsizlikdir. Bir də hikmət vardır, səmimidir insan, Allah`dan ona xüsusi olaraq gəlir. Bu da dua ilə olar. Xalqın əsl ehtiyacı olan mövzuları danışarsan, bu da dua ilə olar. Qısa bir izahat verərsən, insanın bütün dünyasını dəyişdirərsən. İnsan 50-60 yaşa qədər yaşamışdır, hər şeyi dinləmişdir, heç bir şeydən təsirlənməz, sənin 4-5 kəlməndən ibarət olan sözün, üzündəki ifadə, səs tonun və üslubunla, amma təbii ki, bu oyun ilə olmaz bu. Bu, Allah ilə tam ruhani əlaqə ilə olur. İnsanın bütün dünyası dəyişir. Bir daha əsla geriyə dönüşü olmaz. Onun üçün, məsələn, universitetə hazırlaşdığını deyir. Allah üçün hazırlaşsan, dua ilə hazırlaşsan, o universitetin bərəkəti olar.
APARICI: Müəllim, mənim sualım var dua ilə bağlı. Əslində məni çox düşündürür. Duada sizcə məntiq ola bilər? Yəni, məsələn, nümunə göstərmək istəyirəm. Mən dua edərkən: “Allah`ım, xeyirlidirsə olsun”, -deyirəm. Əslində, bu, Allah`a olan təslimiyyətimi bir yerdə göstərir. Amma başqa bir dostumu dinləyirəm: “Xeyirlisi ilə olsun”, -deyir. Yəni həm olsun, həm də xeyirli olsun o mənim üçün. Burada səmimiyyəti zədələyən bir nöqtə varmı sizcə? Duada məntiq ola bilərmi?
ADNAN OKTAR: Ürəyi istədiyi kimi demək lazımdır. Yəni: “Mənə sağlamlıq, səhhət ver”, -deyər. Diləyə bilər insan. Məsələn: “Məndən bu xəstəliyi sovuşdur”, -deyər, Allah`dan istəyər. Amma xəstəlik sovuşmursa da, Allah`a giley edilməz. Yəni onda xeyir var. Elə deyilmi? Məsələn, ağır xəstədir, bəlli ki, vəfat edəcək. “Ya Rəbbi mənə uzun ömür ver”, -deyir. Cənnətə gedəcəksən, daha nə istəyirsən? Bəlkə bir az daha artıq yaşasan, küfrə girib cəhənnəmə gedərsən. Xeyirlisi sənin üçün odur, nə gözəl cənabi Allah canını alır, birbaşa cənnətə gedirsən. Əlhəmdulillah, elə deyilmi. Dua edərkən ürəkdən etmək çox əhəmiyyətlidir, ürəkdən. Məsələn, hz. Musa (ə.s) firondan qaçdığı zaman gəlir ağacların altına, yaşıllığa uzanır. “Ya Rəbbi”, -deyir: “Verəcəyin hər xeyrə möhtacam”, -deyir, amma fikrindən də bir şeylər keçir. Yəni fikrindən də o anda bir şeylər keçir və Allah tam istədiyi kimi hadisələri inkişaf etdirir, inşaAllah. Amma bəzən bir şey olmadan əvvəl Allah ona dua etdirir. Onsuz da olacaqdır o, onu hiss etdirir qəlbində, dua etdirir və o hadisə olur. Məsələn, mən lisey illərində ikən İslam əxlaqının dünyaya hakim olmamasını dəhşətli bir hadisə olaraq qəbul etdim. Yəni birdən fərqinə vardım. Çox əcaib qarşıladım. Yəni küfrün hakimiyyəti, masonluğun hakimiyyəti, darvinizmin hakimiyyəti və müsəlmanların da bu qədər əzilmiş olması çox ağır təsir etdi mənə. Məsələn, mən çox yaxşı xatırlayıram çox ürəkdən dua edirdim, İslam əxlaqının dünyaya hakim olması üçün o dövrdə, lisey illərində ikən. Sonra: “Ya Rəbbi”, -dedim, baxdım mövzuları izah etmək çox çətindir insanlara: “Çox rahat izah edə biləcəyim, zərbə kimi və mənə çox təsirli elm ver”, -dedim. Yəni bütün mövzuları həll etsin dedim, “Mənə belə bir məlumat ver”, -dedim. O dövrdə maddənin həqiqətinin fərqinə vardım. Yəni maddənin beynimdə əmələ gəldiyinin fərqinə vardım. Kənarda maddə var, amma görüntüsü ilə əlaqədar olduğumun şüurunda oldum. (Cənab Adnan Oktarın 21 fevral 2010 tarixli Kanal 35 TV-dəki canlı reportajından) .